0
Sunday 9 January 2022 - 10:05

Pentaqon: Avropadakı hərbçilərin sayını azaltmayacağıq

Story Code : 972672
Pentaqon: Avropadakı hərbçilərin sayını azaltmayacağıq
"Report" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi tviter səhifəsində yazıb.

O, qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək.

Bundan əvvəl NBC televiziya şirkəti məlumat vermişdi ki, ABŞ və Rusiya arasında Avropada təhlükəsizlik məsələlərinə dair müzakirələr Şərqi Avropada qüvvələrin sayının və təlimlərin azaldılması mövzusunu əhatə edə bilər. Bu məlumatı artıq ABŞ Dövlət Departamentinin bir neçə nümayəndəsi təkzib edib.

Yanvarın 10-da Cenevrədə Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqların aparılması planlaşdırılır. Bundan əlavə, yanvarın 12-də Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Rusiya Federasiyası ilə ATƏT nümayəndələri arasında danışıqlar baş tutacaq.