0
Sunday 9 January 2022 - 11:44

MOSSAD-a böyük şok - Alimin qatili həbs edildi

Story Code : 972687
MOSSAD-a böyük şok - Alimin qatili həbs edildi
Fələstin təhlükəsizlik mənbələri Malayziyada fələstinli alim Fadi Məhəmməd əl-Batşa sui-qəsd törədən şəxsin həbs edilməsinin təfərrüatlarını açıqlayıb.

Sama xəbər agentliyinin məlumatına görə, bu şəxs təhlükəsizlik qüvvələrinin mükəmməl planlanmış əməliyyatı nəticəsində ələ keçirilib.

Şəhid Fadi Məhəmməd əl-Batşın qatili bu yaxınlarda pula ehtiyacı yarandığı səbəbindən Qəzza zolağına daxil olub. Qatil terror sifarişini vermiş israilli zabitlə əlaqə saxlayıb. Zabit ondan harada olduğunu soruşub. Qatil, “Mən Qəzzadayam” deyə cavab verib. İsrail zabiti onun Qəzzaya geri dönməsinə görə olduqca qəzəblənib.

Mənbələr bildirir ki, sui-qəsdin icraçısı ikinci şəxslə Mossad-ın göstərişi əsasında missiyanı yerinə yetirdiyini etiraf edib. Saxlanılan şəxs şəhid Əl-Batşı onun özünün deyil, ikinci şəxsin güllələdiyini bildirib.