QR CodeQR Code

Əfqanıstanda itən uşaq 5 ay sonra tapıldı - Foto

9 Jan 2022 16:20

İslamTimes: Talibanın Kabilə girməsindən sonra baş verən xaos zamanı ABŞ-ın Əfqanıstan səfirliyinin nümayəndəsi Mirzə Əli Əhmədinin itən 2 aylıq körpəsi 5 ay sonra tapılıb.


Axar.az xəbər verir ki, uşaq polis tərəfindən Kabildə yaşayan babasına təhvil verilib.

Qeyd edək ki, Mirzə Əli Əhmədi körpəsinin izdiham arasında əziləcəyindən qorxaraq onu ABŞ əsgəri zənn etdiyi birinə təhvil vermişdi. Sonradan ailə körpələrini tapa bilməyib. Körpənin ölkədən çıxarıla biləcəyini ehtimal edən ailə ABŞ-a gedib. Daha sonra bir taksi sürücüsünün körpəni taparaq özü ilə apardığı ortaya çıxıb. Taksi sürücüsü körpəyə baxma xərcləri üçün təxminən 100 min əfqan qarşılığında onu təhvil verib.


Story Code: 972715

News Link :
https://www.islamtimes.org/az/news/972715/əfqanıstanda-itən-uşaq-5-ay-sonra-tapıldı-foto

Islam Times
  https://www.islamtimes.org