0
Monday 10 January 2022 - 00:07

Nyu-Yorkda yaşayış binasında güclü yanğın nəticəsində 19 nəfər ölüb

Story Code : 972762
Nyu-Yorkda yaşayış binasında güclü yanğın nəticəsində 19 nəfər ölüb
APA TASS-a istinadən xəbər verir ki, ölənlərdən 9-u uşaqdır.

“ABC News” telekanalı tüstüdən və yanğından müxtəlif dərəcəli xəsarət alanların sayının 63 nəfərə çatdığını bildirib.

Binanın 3-cü mərtəbəsindən başlanan alov 19-cu mərtəbəyədək qalxıb.

Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib.