QR CodeQR Code

Nyu-Yorkda yaşayış binasında güclü yanğın nəticəsində 19 nəfər ölüb

10 Jan 2022 00:07

İslamTimes: Nyu-Yorkda (Bronks) yaşayış binasında baş verən güclü yanğın nəticəsində 19 nəfər həlak olub.


APA TASS-a istinadən xəbər verir ki, ölənlərdən 9-u uşaqdır.

“ABC News” telekanalı tüstüdən və yanğından müxtəlif dərəcəli xəsarət alanların sayının 63 nəfərə çatdığını bildirib.

Binanın 3-cü mərtəbəsindən başlanan alov 19-cu mərtəbəyədək qalxıb.

Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib.
 


Story Code: 972762

News Link :
https://www.islamtimes.org/az/news/972762/nyu-yorkda-yaşayış-binasında-güclü-yanğın-nəticəsində-19-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org