QR CodeQR Code

ABŞ ordusunda intihar edənlər Covid-19-dan ölən hərbçilərdən çoxdur

إسلام تايمز , 10 Jan 2022 11:01

İslamTimes: Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) açıqladığı məlumata görə, 2020-ci ilin əvvəlindən 2021-ci ilin sentyabrına qədər müddətdə ABŞ hərbçiləri arasında intihar nisbəti koronavirus pandemiyası səbəbindən ölən hərbi qulluqçuların sayını ötüb.


Fox News xəbər verir ki, 2020-ci ildə ABŞ 701 əsgərin intiharının şahidi olub, halbuki 2021-ci ilin təkcə ilk 9 ayında bu rəqəm 476 nəfərə çatıb.

Koronavirus pandemiyası yayılandan bu günədək isə 886 ABŞ hərbi qulluqçusu virusdan səbəbindən vəfat edib.

Həmçinin bu yay nəşr edilən bir hesabatda bildirilir ki, 11 sentyabr hücumlarından sonrakı döyüşlərdə iştirak etmiş, 3177 amerikalı əsgər və veteran intihar edərək, həyatına son verib.


Story Code: 972819

News Link :
https://www.islamtimes.org/az/news/972819/abş-ordusunda-intihar-edənlər-covid-19-dan-ölən-hərbçilərdən-çoxdur

Islam Times
  https://www.islamtimes.org