Haaretz: İsrail rəsmiləri Hizbullahın dronlardan artan istifadəsindən narahatdırlar
Story Code : 972826
Qəzet Hizbullahın Suriyada təcrübə qazanmasından sonra pilotsuz təyyarələrdən daha geniş şəkildə istifadə etdiyini yazıb.
Haaretz nəşri bildirib ki, Hizbullah PUA-lardan İsrail haqqında "məlumat toplamaq" üçün istifadə edir. Bu məlumatlar isə əməliyyat məqsədləri üçün toplanır. Elə bu səbəbdən Tel-Əvivdəki rəsmilər təşvişə düşüb.
Qəzet iddia edib ki, ötən cümə günü sərhədi keçdikdən sonra İsrail ordusu tərəfindən təsbit edilən Hizbullah pilotsuz dronu cəmi bir il ərzində vurulan beşinci drondur.