QR CodeQR Code

Haaretz: İsrail rəsmiləri Hizbullahın dronlardan artan istifadəsindən narahatdırlar

إسلام تايمز , 10 Jan 2022 11:28

İslamTimes: Sionist rejimin Haaretz qəzeti şənbə günü yazıb ki, Livan Hizbullahı tərəfindən pilotsuz təyyarələrdən istifadə hallarının artması ilə bağlı İsrail hərbi və siyasi rəhbərləri arasında ciddi narahatlıq yaranıb.


Qəzet Hizbullahın Suriyada təcrübə qazanmasından sonra pilotsuz təyyarələrdən daha geniş şəkildə istifadə etdiyini yazıb.

Haaretz nəşri bildirib ki, Hizbullah PUA-lardan İsrail haqqında "məlumat toplamaq" üçün istifadə edir. Bu məlumatlar isə əməliyyat məqsədləri üçün toplanır. Elə bu səbəbdən Tel-Əvivdəki rəsmilər təşvişə düşüb.

Qəzet iddia edib ki, ötən cümə günü sərhədi keçdikdən sonra İsrail ordusu tərəfindən təsbit edilən Hizbullah pilotsuz dronu cəmi bir il ərzində vurulan beşinci drondur.


Story Code: 972826

News Link :
https://www.islamtimes.org/az/news/972826/haaretz-israil-rəsmiləri-hizbullahın-dronlardan-artan-istifadəsindən-narahatdırlar

Islam Times
  https://www.islamtimes.org