QR CodeQR Code

Qüds Patriarxı: Sionistlər Qüdsdəki xristianların varlığına qarşı təhdiddir!

إسلام تايمز , 10 Jan 2022 12:25

İslamTimes: Pravoslav xristianların liderlərindən olan Qüds Patriarxı III Theophilus bəyan edib ki, ekstremist sionist qruplar Qüdsün qədim məntəqələrindəki xristianların mövcudiyyətini təhdid edirlər.


Qüds Patriarxı III Theophilus İngiltərənin “Times” qəzetində dərc olunan qeyddə yazıb: "Elə düşünürəm ki, məqsəd xristian icmasını Müqəddəs Qüds şəhərindən çıxarmaqdır. Burada hər üç səmavi din, yəhudilik, xristianlıq və İslam üçün müqəddəs məkanlar var."

III Theophilus əlavə edib: "Yerusəlimdə varlığımız təhlükə altındadır. Kilsələrimiz İsrail ekstremist qrupları tərəfindən təhdid edilir. Qüdsdəki xristian icması bu sionist ekstremistlər tərəfindən çox əzab-əziyyətə məruz qalıb. Qardaşlarımız və bacılarımız qəlbi nifrət, kinlə dolu insanların cinayətlərinin qurbanı olurlar. Kilsələrimizə daim zərər yetirilir, hörmətsizlik edilir. Din xadimlərimiz dəfələrlə təhdidlərə məruz qalıb..."


Story Code: 972833

News Link :
https://www.islamtimes.org/az/news/972833/qüds-patriarxı-sionistlər-qüdsdəki-xristianların-varlığına-qarşı-təhdiddir

Islam Times
  https://www.islamtimes.org