0
Monday 10 January 2022 - 12:55

ABŞ-la Rusiya arasında danışıqlar başlayıb

Story Code : 972840
ABŞ-la Rusiya arasında danışıqlar başlayıb
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edir.

Görüş ABŞ-ın Cenevrədəki nümayəndəliyində keçirilir.

Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib. Yanvarın 12-də isə Rusiya təmsilçiləri ilə NATO nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılıb.