QR CodeQR Code

ABŞ-la Rusiya arasında danışıqlar başlayıb

10 Jan 2022 12:55

İslamTimes: İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edir.

Görüş ABŞ-ın Cenevrədəki nümayəndəliyində keçirilir.

Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib. Yanvarın 12-də isə Rusiya təmsilçiləri ilə NATO nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılıb.


Story Code: 972840

News Link :
https://www.islamtimes.org/az/news/972840/abş-la-rusiya-arasında-danışıqlar-başlayıb

Islam Times
  https://www.islamtimes.org