Axar.az xəbər verir ki, bu barədə “Nyu York Deyli Nyus” məlumat yayıb.
Nyu-York sakini olan Velnitski Kapitoli hadisələri ilə bağlı dindirilərkən bu niyyətini açıqlayıb.
O, Trampın seçkilərdə uduzacağı və postunu tərk etməkdən imtina edəcəyi təqdirdə sabiq prezidenti məhv edəcəyi ilə bağlı təhdid edirdi.
Belə ki, Velnitski 4 yanvar 2021-ci il tarixində Lonq-Aylend adasının gizli xidmət bölməsinə zəng edərək Tramp və ona yaxın daha 12 şəxsi öldürəcəyini bildirib. 72 yaşlı şəxs bu təhdidini mütəmadi davam etdirib.