0
Tuesday 11 January 2022 - 01:01

Rusiya Ukrayna və Gürcüstanın NATO üzvü olmayacağına dair zəmanət istəyir

Story Code : 972958
Rusiya Ukrayna və Gürcüstanın NATO üzvü olmayacağına dair zəmanət istəyir
Teleqraf.com xəbər verir ki, bunu Cenevrədə Rusiya-ABŞ dialoqunda Moskvanı təmsil edən Rusiya xarici işlər nazirin müavini Sergey Ryabkov bildirib.

"Ukraynanın heç vaxt NATO üzvü olmayacağına əmin olmaq bizim üçün mütləq vacibdir. Biz istərdik ki, 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul - NATO-nun Madrid formulu geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq. Biz boş söhbətlər aparmaqdan, yarı vədlərdən, tez-tez bağlı qapılar arxasında danışıqlarda baş verən yanlış şərhlərdən bezmişik. Qarşı tərəfə inanmırıq. Bizə dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar, vədlər yox, zəmanətlər lazımdır , "heç vaxt NATO üzvü olmamalıdır" sözləri lazımdır. Bu, Rusiyanın milli təhlükəsizliyi məsələsidir ", deyə Ryabkov vurğulayıb.