QR CodeQR Code

Məbəddə 163 azyaşlı qızın mumiyası tapıldı – Fotolar

11 Jan 2022 01:32

İslamTimes: İtaliyanın Siciliya şəhərində bir məbədin altından 163 qızın mumiyası tapılıb.


Teleqraf.com xəbər verir ki, təxminən 300 il əvvəl öldüyü təxmin edilən qızların kimliyi və nə üçün öldükləri ilə bağlı heç bir məlumat yoxdur.

Elm adamları rentgen aparatı ilə bu məlumatı üzə çıxarmağa çalışırlar.

Mumiyaların yaxşı qorunub-saxlanıldıqlarını, bəzilərinin heç çürümədiyi bildirilib.

Gələn həftə başlayacaq və təxminən iki il davam edəcəyi gözlənilən araşdırma qızların kimliyini və ölüm səbəblərini açıqlayacaq.

Komandanın rəhbəri Dr. Skvayrs “The Sun” qəzetinə deyib:

“Hazırda tapılan mumiyalar haqqında yalnız orta təbəqədən olduqları barədə məlumat var. Biz onların müəyyən xəstəlikdən və ya böyüməsinə mane olan başqa bir durumdan öldüklərini öyrənməyə çalışacağıq”.

Palermodakı Kapuçin məbədi Avropanın ən böyük mumiya məbədidir.


Story Code: 972959

News Link :
https://www.islamtimes.org/az/news/972959/məbəddə-163-azyaşlı-qızın-mumiyası-tapıldı-fotolar

Islam Times
  https://www.islamtimes.org