QR CodeQR Code

ABŞ NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyətə razı deyil

11 Jan 2022 02:12

İslamTimes: ABŞ NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyət tətbiq edilməsinə razı deyil.


APA-nın xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibinin müavini Uendi Şerman ABŞ-Rusiya məsləhətləşmələrinin yekununa həsr edilmiş mətbuat konfransında deyib.

“Biz təhlükəsizliyə zəmanət məsələsində israrlı olduq. Biz heç zaman alyans üçün vacib olan NATO-nun açıq qapı siyasətinə son verilməsi ilə razılaşa bilmərik. Biz, ABŞ-la işləmək istəyən suveren dövlətlərlə ikitərəfli əməkdaşlıqdan imtina edə bilmərik”, deyə - Şerman bildirib.

Diplomatın sözlərinə görə, Cenevrədəki danışıqlarda Avropadakı hərbi təlimlər də müzakirə olunub. Rusiya v ə ABŞ Avropadakı təlimlərin miqyasına məhdudiyyət qoyulması və bu sahədə şəffaflığın artırılması qənaətinə gəliblər.


Story Code: 972961

News Link :
https://www.islamtimes.org/az/news/972961/abş-nato-ya-yeni-üzvlərin-qəbulu-ilə-bağlı-məhdudiyyətə-razı-deyil

Islam Times
  https://www.islamtimes.org