0
Tuesday 11 January 2022 - 07:50

Əfqanıstanın Çindəki səfiri istefa verib

Story Code : 972974
Əfqanıstanın Çindəki səfiri istefa verib
APA-nın xəbərinə görə, bu barədə diplomat sosial media hesabında yazıb.

Bütün diplomatlar səfirliyi tərk etdikdən sonra Əhməd Qaim 5 xidməti avtomobilin açarlarını seyfə qoyub, səfirliyin bank hesabında isə 100 000 dollar saxlayıb. Bundan sonra diplomat telefonlara cavab vermək üçün də bir köməkçi qoyaraq qeyri-müəyyən istiqamətə gedib. Hazırda Pekində yerləşən binada bayraq çıxarılıb, ərazini Çin polisi qoruyur.

Qeyd edək ki, Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan səfirliklərində qeyri-müəyyənlik hökm sürür. Bu yaxınlarda İtaliyadakı səfirlikdə köhnə və yeni səfir arasında dava barədə xəbər yayılıb. Oxşar vəziyyət BMT-dəki nümayəndəlikdə də baş verir.