QR CodeQR Code

Yəmən ordusu BƏƏ-nin casus PUA-sını vurdu

إسلام تايمز , 11 Jan 2022 11:55

İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu gün səhər BƏƏ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Şəbva vilayətində (Yəmənin cənubunda) vurulduğunu bildirib.


Yəhya Səri deyib: “Allaha şükürlər olsun ki, hava hücumundan müdafiə sistemimiz BƏƏ Hərbi Hava Qüvvələrinin Çin istehsalı olan “Winglong 2” adlı silahlı casus pilotsuz təyyarəsini vura bildi”.

Bəyanatda daha sonra bildirilib ki, pilotsuz təyyarə bu səhər Şabva əyalətinin Eyn şəhərinin hava məkanında düşmən üçün əməliyyat keçirdiyi zamanı vurulub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin pilotsuz təyyarənin Yəmənin yer-hava tipli raketi ilə vurulduğunu söyləyib.


Story Code: 973009

News Link :
https://www.islamtimes.org/az/news/973009/yəmən-ordusu-bəə-nin-casus-pua-sını-vurdu

Islam Times
  https://www.islamtimes.org