0
Tuesday 11 January 2022 - 11:55

Yəmən ordusu BƏƏ-nin casus PUA-sını vurdu

Story Code : 973009
Yəmən ordusu BƏƏ-nin casus PUA-sını vurdu
Yəhya Səri deyib: “Allaha şükürlər olsun ki, hava hücumundan müdafiə sistemimiz BƏƏ Hərbi Hava Qüvvələrinin Çin istehsalı olan “Winglong 2” adlı silahlı casus pilotsuz təyyarəsini vura bildi”.

Bəyanatda daha sonra bildirilib ki, pilotsuz təyyarə bu səhər Şabva əyalətinin Eyn şəhərinin hava məkanında düşmən üçün əməliyyat keçirdiyi zamanı vurulub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin pilotsuz təyyarənin Yəmənin yer-hava tipli raketi ilə vurulduğunu söyləyib.