0
Tuesday 11 January 2022 - 12:48

Olmert: İsrail İrana qarşı hərbi əməliyyat aparmaq iqtidarında deyil!

Story Code : 973011
Olmert: İsrail İrana qarşı hərbi əməliyyat aparmaq iqtidarında deyil!
İşğalçı İsrail rejiminin sabiq baş naziri Ehud Olmert deyib: "İsrailin İranın nüvə obyektlərinə qarşı hərtərəfli əməliyyat üçün hərbi variantı yoxdur və bu barədə danışmaq nəticəsiz, cəfəngiyyatdır. Bu boş ittihamlar zəiflik əlamətidir!"

Olmert İsrailin "Kanal 12" şəbəkəsinə müsahibəsində deyib: “Bir neçə il öncə ABŞ-ın İranla nüvə sazişisi imzalamasından sonra vəziyyət bizim üçün bu sazişdən öncəkindən daha yaxşı oldu. ABŞ-ın (Tramp hakimiyyətə gələndən sonra) bu sazişi tərk etməsi İsrailin təhlükəsizliyinə son dərəcə zərər vuran bir hadisə idi. ABŞ-ın sazişi tərk etməsi Benyamin Netanyahunun əli ilə baş verən təhlükəli bir addım idi. Bu gün də İranla razılaşma əldə edilsə və BHFP sazişi yenidən qüvvəyə minsə bu bizim üçün yaxşı hadisə olacaq. Çünki ən azından razılaşma imzalanandan sonra İranın nüvə fəaliyyətinə məhdudiyyətlər tətbiq ediləcək..."