0
Wednesday 12 January 2022 - 00:22

BMT KXDR-in yeni raket sınaqlarını pislədi

Story Code : 973110
BMT KXDR-in yeni raket sınaqlarını pislədi
BMT-nin baş katibi Antoniu Quterreş KXDR tərəfindən raket sınaqları ilə bağlı xəbərlərdən narahatdır və rəsmi Pxenyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Koreya yarımadasındakı vəziyyətlə bağlı danışıqlara başlamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə A.Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə məlumat verib.

"BMT-nin baş katibi hadisələrin son inkişafından çox narahatdır, KXDR rəhbərliyini beynəlxalq öhdəliklərə, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə tam əməl etməyə və Koreya yarımadasındakı vəziyyətlə bağlı maraqlı tərəflərlə danışıqları bərpa etmək çağırışını təsdiqləyir”, - Dujarrik bildirib.

"Biz əminik ki, diplomatik qarşılıqlı fəaliyyət davamlı sülhə və Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq üçün yeganə yoldur", - BMT baş katibinin nümayəndəsi bildirib.