0
Wednesday 12 January 2022 - 13:35

ABŞ Rusiyanı daha ağır sanksiyalarla hədələdi

Story Code : 973191
ABŞ Rusiyanı daha ağır sanksiyalarla hədələdi
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

“Rusiyanın diplomatiya yolu ilə getməkdə ciddi olub-olmadığını söyləmək hələ tezdir. Əgər ruslar xoş niyyətlə ciddi danışıqlara hazırdırlarsa, biz də hazırıq”, - Ağ Evin sözçüsü bildirib.

Psaki hər iki tərəfin Cenevrədə ilk turu keçirilən danışıqlarda hansı mövzulara üstünlük verməsi ilə bağlı da açıqlama verib:

“Məsələn, NATO ilə bağlı mövqeyimizi açıqladıq. NATO-nun Ukrayna ilə əlaqələri yalnız Ukrayna və 30 NATO ölkəsinə aiddir, başqa heç bir ölkəyə yox”.

Ağ Evin sözçüsü əlavə edib: “Hansı yolla gedəcəklərinə qərar vermək tamamilə rusların öz ixtiyarındadır. Onlar ya diplomatik yolla gedəcəklər, ya da bizim 2014-cü ildə tətbiq etdiyimizdən daha çox iqtisadi sanksiyalar tətbiq etməyimizə səbəb olacaqlar”.