0
Wednesday 12 January 2022 - 14:20

Lö Driandan etiraf: İran MAQATE ilə əməkdaşlıq edir

Story Code : 973201
Lö Driandan etiraf: İran MAQATE ilə əməkdaşlıq edir
Fransa xarici işlər naziri Jan-İv Lö Drian İranın nüvə proqramının təhlükəli hala gəldiyini söyləsə də, Tehranın MAQATE ilə həmkarlıq etdiyi həqiqətini gizləyə bilməyib. Lö Drianın bu etirafla İranla 5+1 ölkələri arasında bir neçə il öncə imzalanmış BHFP sazişinin bərpası ehtimalını da təhlükəyə atmamaq istədiyi bildirilir.

“Əl-Cəzirə”nin məlumatına görə, Fransa XİN başçısı bu gün deyib: “Qərb ölkələri və İran dekabrın sonundakı müzakirələrdə irəliləyişlər əldə etməsinə baxmayaraq, BHFP sazişinin bərpasına hələ uzun yol var.”

Vyana danışıqlarında iştirak edən bəzi rəsmilər razılıq əldə edilməsi üçün hər hansı zaman məhdudiyyəti olmadığını bildirsələr də Fransa xarici işlər naziri iddia edib ki, Vyana danışıqlarının uzanması razılıq əldə edilməsi üçün həll yollarının zəifləməsinə səbəb olur.