QR CodeQR Code

Lö Driandan etiraf: İran MAQATE ilə əməkdaşlıq edir

إسلام تايمز , 12 Jan 2022 14:20

İslamTimes: Fransa xarici işlər naziri bir tərəfdən İranın MAQATE ilə əməkdaşlıq etdiyini etiraf edərkən digər tərəfdən, İranın nüvə proqramının təhlükəli hala gəldiyini söyləyib.


Fransa xarici işlər naziri Jan-İv Lö Drian İranın nüvə proqramının təhlükəli hala gəldiyini söyləsə də, Tehranın MAQATE ilə həmkarlıq etdiyi həqiqətini gizləyə bilməyib. Lö Drianın bu etirafla İranla 5+1 ölkələri arasında bir neçə il öncə imzalanmış BHFP sazişinin bərpası ehtimalını da təhlükəyə atmamaq istədiyi bildirilir.

“Əl-Cəzirə”nin məlumatına görə, Fransa XİN başçısı bu gün deyib: “Qərb ölkələri və İran dekabrın sonundakı müzakirələrdə irəliləyişlər əldə etməsinə baxmayaraq, BHFP sazişinin bərpasına hələ uzun yol var.”

Vyana danışıqlarında iştirak edən bəzi rəsmilər razılıq əldə edilməsi üçün hər hansı zaman məhdudiyyəti olmadığını bildirsələr də Fransa xarici işlər naziri iddia edib ki, Vyana danışıqlarının uzanması razılıq əldə edilməsi üçün həll yollarının zəifləməsinə səbəb olur.


Story Code: 973201

News Link :
https://www.islamtimes.org/az/news/973201/lö-driandan-etiraf-iran-maqate-ilə-əməkdaşlıq-edir

Islam Times
  https://www.islamtimes.org