QR CodeQR Code

ABŞ-da 1982-ci ildən sonra ən yüksək bahalaşma qeydə alınıb

13 Jan 2022 08:57

İslamTimes: ABŞ-da 2021-ci ildə illik əsasda 7%-lik qiymət artımı qeydə alınıb.


APA-nın xəbərinə görə, bu, 1982-ci ildən indiyədək qeydə alınan ən yüksək göstəricidir.

İl ərzində enerji 29.3, ərzaq məhsulları isə 6.3% bahalaşıb. Dekabrda inflyasiyada cüzi geriləmə baş versə də, səviyyə yüksək olaraq qalır. İnflyasiya ümumi olaraq 5.5% təşkil edib ki, bu da 1991-ci ildən sonra ən yüksək göstəricidir.

Ekspertlərin qənaətinə görə, Omikron ştamı səbəbindən karantin tətbiq ediləcəyi halda təchizat zənciri pozulacaq. Bu da bahalaşmaya və inflyasiyanın artması ilə nəticələnəcək. 


Story Code: 973322

News Link :
https://www.islamtimes.org/az/news/973322/abş-da-1982-ci-ildən-sonra-ən-yüksək-bahalaşma-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org