0
Thursday 13 January 2022 - 10:33

Britaniyanın XİN rəhbəri Moskvaya səfər edə bilər

Story Code : 973339
Britaniyanın XİN rəhbəri Moskvaya səfər edə bilər
“Report” xəbər verir ki, bu barədə “The Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Səfər fevralın əvvəlində baş tuta bilər. Eyni zamanda Xarici İşlər Nazirliyindəki vəziyyətlə tanış olan digər “Times” mənbəsi bu məlumatı təkzib edərək bildirib ki, hazırda belə bir səfərə hazırlıq yoxdur.

Böyük Britaniyanın xarici işlər nazirləri 2017-ci ilin dekabrından bəri Rusiyaya səfər etməyiblər. Sonuncu dəfər Boris Conson Moskvaya səfər edib.