QR CodeQR Code

NATO bu addımı ata bilməz - Rusiyadan tələb

13 Jan 2022 11:04

İslamTimes: Ukrayna və Gürcüstanın NATO-ya daxil olması ilə formullar ağlasığmazdır.


Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.

Brüsseldə 12 yanvarda keçirilən Rusiya-NATO toplantısından danışan Qruşko bildirib ki, bütün problemlər gündəmdə idi:

"Bura NATO-nun şərqə genişlənməsi, Ukrayna və Gürcüstanın NATO üzvlüyünə yaşıl işıq yandıran “Buxarest qərarı” (NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində verilən qərar – red.) aiddir. İclasda bir daha xatırlatdım ki, keçmiş SSRİ ölkələrinin NATO-ya daxil olması ilə bağlı düşünülməmiş siyasət risklər yaradır. Gürcüstan və Ukraynanın NATO-ya üzv olacağına dair formul hazırlamaq olmaz - bu, mümkün deyil, ağlasığmazdır", - Qruşko qeyd edib.


Story Code: 973343

News Link :
https://www.islamtimes.org/az/news/973343/nato-bu-addımı-ata-bilməz-rusiyadan-tələb

Islam Times
  https://www.islamtimes.org