QR CodeQR Code

Vaşinqton: Tramp səbəbindən dünyada İrandan daha çox təcrid olunmuşuq!

إسلام تايمز , 13 Jan 2022 12:24

İslamTimes: ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı səhər Vyanada İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların durumu, BHFP sazişi və İranın nüvə proqramı ilə bağlı sualları cavablandırıb.


Prays gündəlik mətbuat konfransında deyib:

"İran nüvə proqramında günü-gündən irəliləyiş əldə edir. Bir neçə məqamı qeyd etmək istərdim. Siz daha öncələr bizdən fürsətin tükəndiyini, çox vaxt qalmadığını söylədiyimizi eşitmisiniz. Amma ən azından bu məqamda təqvimdə tarixi qeyd edib, son tarixdir deməyimiz mümkün deyil...

Son həftələrdə danışıqlarda azca irəliləyişə şahid olmuşuq. Bu gün heç bir irəliləyiş olmamasındansa az da olsa danışıqlarda müsbət gedişata nail olunması daha yaxşıdır."

Ned Prays əlavə edib:

"BHFP sazişi ilə bağlı bugünki durum, bizə Trampın qoyub getdiyi mirasdır. Deməliyəm ki, ABŞ əvvəlki administrasiyanın tutduğu yola görə diplomatik baxımdan İrandan daha çox təcrid olunub."


Story Code: 973356

News Link :
https://www.islamtimes.org/az/news/973356/vaşinqton-tramp-səbəbindən-dünyada-irandan-daha-çox-təcrid-olunmuşuq

Islam Times
  https://www.islamtimes.org