0
Thursday 13 January 2022 - 12:24

Vaşinqton: Tramp səbəbindən dünyada İrandan daha çox təcrid olunmuşuq!

Story Code : 973356
Vaşinqton: Tramp səbəbindən dünyada İrandan daha çox təcrid olunmuşuq!
Prays gündəlik mətbuat konfransında deyib:

"İran nüvə proqramında günü-gündən irəliləyiş əldə edir. Bir neçə məqamı qeyd etmək istərdim. Siz daha öncələr bizdən fürsətin tükəndiyini, çox vaxt qalmadığını söylədiyimizi eşitmisiniz. Amma ən azından bu məqamda təqvimdə tarixi qeyd edib, son tarixdir deməyimiz mümkün deyil...

Son həftələrdə danışıqlarda azca irəliləyişə şahid olmuşuq. Bu gün heç bir irəliləyiş olmamasındansa az da olsa danışıqlarda müsbət gedişata nail olunması daha yaxşıdır."

Ned Prays əlavə edib:

"BHFP sazişi ilə bağlı bugünki durum, bizə Trampın qoyub getdiyi mirasdır. Deməliyəm ki, ABŞ əvvəlki administrasiyanın tutduğu yola görə diplomatik baxımdan İrandan daha çox təcrid olunub."