0
Thursday 13 January 2022 - 15:58

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq - Əlaqələr kəsilə bilər!

Story Code : 973394
Rusiyadan ABŞ-a sərt xəbərdarlıq - Əlaqələr kəsilə bilər!
Çərşənbə axşamı ABŞ Senatındakı demokratlar prezident Vladimir Putin də daxil olmaqla, Rusiyanın yüksək rütbəli hökumət rəsmilərinə və hərbi məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi planını təqdim ediblər.

“Reuters”in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ABŞ və NATO ilə ayrı-ayrılıqda təhlükəsizlik danışıqlarını “uğursuz” adlandırıb və iki tərəf arasında ciddi fikir ayrılığının olduğunu bildirib.

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyaların tətbiqi Moskva ilə Vaşinqton arasında əlaqələrin kəsilməsi ilə nəticələnəcək.