QR CodeQR Code

Səudiyyə Ərəbistanında 2021-ci ildə edamlar 148% artıb

إسلام تايمز , 13 Jan 2022 16:36

İslamTimes: Avropa-Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatı "Esohr" Səudiyyə Ərəbistanında edam hallarının artmasına dair hesabat yayımlayıb. Hesabatda 2021-ci ildə Ərəbistanda edamların sayının bir əvvəlki ilə nisbətən yüzdə 148 artdığı bildirilir.


"Eshor"un yayımladığı hesabata görə, 2021-ci ildə 67 edam hökmü icra edilib. Halbuki 2020-ci ildə bu rəqəm 27 idi.

Bu edam hökmləri göstərir ki, Səudiyyə hökuməti üçün insan canının zərrə qədər əhəmiyyəti yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Ali-Səud rejimində edam hökmləri ədalətli mühakimə əsasında deyil, qeyri-qanuni prosesdə çıxarılır və icra edilir. Bu hökmlər beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun gəlmir.

İnsan haqları təşkilatı həmçinin vurğulayıb ki, 2020-ci ildə edamların sayının az olması Səudiyyə rejimi rəhbərlərinin insan hüquqlarına önəm verməsi səbəbindən deyil, Məhəmməd bin Salmanın edamların sayının çoxluğuna görə beynəlxalq müstəvidə korlanmış imicini düzəltməyə çalışması səbəbindən olub.

Səudiyyə Ərəbistanında Səudiyyə kralı Salman bin Əbdüləzizin hakimiyyətə gəlməsindən sonra edamların sayı olduqca artmışdı. Bu səbəbdən Bin Salman 2020-ci ildə Ər-Riyada qarşı tənqidləri azaltmaq qərarına gəlib.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında 186 edam icra olunub və bu dəhşətli cinayətlər bir çox insan haqları təşkilatının sərt etirazı ilə üzləşib.


Story Code: 973400

News Link :
https://www.islamtimes.org/az/news/973400/səudiyyə-ərəbistanında-2021-ci-ildə-edamlar-148-artıb

Islam Times
  https://www.islamtimes.org