QR CodeQR Code

KXDR-in son raketləri dəmir yolu platformasından buraxılıb

15 Jan 2022 07:41

İslamTimes: Şimali Koreya ordusu 13 sentyabrdakı ballistik raket buraxılışını dəmir yolu platformasından həyata keçirib.


APA-nın xəbərinə görə, bu barədə Pxenyan televiziyası məlumat yayıb.

Rəsmi KCNA agentliyi isə bildirib ki, məqsəd dəmir yolu sisteminin imkanlarını yoxlamaq olub. Atəş uğurla həyata keçirilib. Buraxılan raketlər 432 km yol qət edərək Yapon dənizinə düşüb.

Qeyd edək ki, raket buraxılışı Vaşinqtonun 5 Şimali koreyalı siyasətçiyə qarşı sanksiya tətbiqindən bir neçə saat sonra baş verib.


Story Code: 973645

News Link :
https://www.islamtimes.org/az/news/973645/kxdr-in-son-raketləri-dəmir-yolu-platformasından-buraxılıb

Islam Times
  https://www.islamtimes.org