0
Saturday 15 January 2022 - 08:42

Obamanın keçmiş müşaviri fırıldaqçılıqda təqsirləndirilir

Story Code : 973651
Obamanın keçmiş müşaviri fırıldaqçılıqda təqsirləndirilir
APA-nın xəbərinə görə, bu əməlinə görə onu 20 ilədək həbs gözləyir.

Nyu-Yorkun Cənub dairəsinin prokuroru Damian Uilyams bildirib ki, Ağ Evin keçmiş müşaviri Set Endryu məktəblərin talanması sxeminin hazırlanmasında iştirakını etiraf edib. Onu və ona kömək edənləri səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs cəzası gözləyir.

Prokurorluq bildirir ki, Endryu 2005-ci ildə Nyu-Yorkda dövlət məktəbləri şəbəkəsinin təşkilində iştirak edib. Sonradan karyerasını Ədliyyə Nazirliyi və Ağ evdə davam etdirib.

Ona qanuna görə 20 ilədək həbs cəzası verilə bilər. Endryu dəyən ziyanı ödəməyə razı olub. Məhkəmənin hökmü aprelin 14-də elan ediləcək.