QR CodeQR Code

Britaniyanın Baş naziri əyləncələrdə müntəzəm iştirakda ittiham edilir

15 Jan 2022 09:23

İslamTimes: Britaniyada Dauninq-stritin əməkdaşları koronavirus pandemiyası zamanı mütəmadi olaraq Baş nazir Boris Consonun da iştirak etdiyi şənliklər keçirib.


“Report”un məlumatına görə, bu barədə “Mirror” qəzeti xəbər verib.

Nəşrin mənbələri bildirib ki, Baş nazir qapalı məkanda ünsiyyətə qoyulan qadağanın qarşısını almaq üçün öz köməkçilərini “buxarı buraxmağa” dəvət edib. Bu məhdudiyyət ölkədə koronavirus pandemiyası ilə mübarizə məqsədilə tətbiq edilib. Qəzet Consonu ziyafətlərdə daimi iştirakda təqsirləndirib. Nəşr bildirib ki, dauninq stritdə keçirilən "şərab cümələri" üçün işçilər hətta xüsusi soyuducu da alıblar.

“Mütəmadi tədbirlər o qədər məşhur idi ki, işçilər ağ şərab, prosekko və pivə şüşələrini sərin saxlamaq üçün hətta 142 funt sterlinqlik soyuducuya da sərmayə qoydular”, - nəşr vurğulayıb.

Bundan əlavə, Baş nazirin köməkçiləri növbə ilə hər cümə günü Vestminsterdəki “Tesco” mağazasına baş çəkərək təkərli çamadanla 34 şüşənin yerləşdiyi soyuducunu doldurublar. Qeyd olunur ki, “şərab cümələri” dauninq stritin köhnə ənənəsidir və işçilərə iş həftəsinin sonunda istirahətə kömək edir.


Story Code: 973659

News Link :
https://www.islamtimes.org/az/news/973659/britaniyanın-baş-naziri-əyləncələrdə-müntəzəm-iştirakda-ittiham-edilir

Islam Times
  https://www.islamtimes.org