QR CodeQR Code

Tramp vətəndaş müharibəsinə səbəb ola bilər

16 Jan 2022 09:37

İslamTimes: Co Baydenə məğlub olduqdan sonra tərəfdarlarını Konqresə hücuma təşviq edən Donald Trampdan ameriklalıları təhlükə altına atan açıqlama - “2024-cü ildə biz Ağ Evi geri alacağıq”


ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına 2024-cü ildə Ağ Evə qayıdacaqlarına söz verib.

“Report” xəbər verir ki, Tramp Arizonada keçirilən mitinqdə deyib: “2024-cü ildə biz Ağ Evi geri alacağıq”.

Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsi açıq olaraq qalır, siyasətçi əvvəllər bununla bağlı ünvanlanan suala konkret cavab verməyib.

Bu arada, 2020-ci ildə ABŞ prezidenti postu uğrunda mübarizəni Respublikaçılar Partiyasından irəli sürülən və Donald Trampa məğlub olan Ted Kruz prezidentlik ambisiyalarını açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Co Bayden də öz növbəsində bildirib ki, Trampın iştirak perspektivi yalnız hazırkı prezidentin yenidən namizəd olmaq şansını artırır.


Story Code: 973857

News Link :
https://www.islamtimes.org/az/news/973857/tramp-vətəndaş-müharibəsinə-səbəb-ola-bilər

Islam Times
  https://www.islamtimes.org