0
Sunday 16 January 2022 - 12:59

ABŞ rəsmisi: "İranın Trampa qarşı təhdidlərini ciddi qəbul edirik"

Story Code : 973889
ABŞ rəsmisi: "İranın Trampa qarşı təhdidlərini ciddi qəbul edirik"
ABŞ Məxfi Servisinin meneceri Castin Vilan Ali Dini Lider Ayətullah Seyid Əli Xameneiyə məxsus informasiya bazasında yayımlanan animasiyaya münasibət bildirib və deyib:

"ABŞ-ın sabiq prezidentindən qisas alınması ilə bağlı İranın təhdidlərini Vaşinqton ciddi qəbul edir."

Vilan Newsweek-ə verdiyi müsahibədə belə deyib:

"Qasim Süleymaninin öldürülməsindən (terror edilməsindən) 2 ildən çox zaman ötsə də, rəsmi Vaşinqton İranın sabiq ABŞ prezidenti Donald Trampa qarşı təhdidlərini araşdırmağa davam edir. ABŞ Məxfi Servisi öz himayəsində olan hər kəsə qarşı yönəlmiş təhdidləri ciddi qəbul edir”.