0
Sunday 16 January 2022 - 14:10

Trampın seçkiləri saxtalaşdırmaq istədiyi üzə çıxdı

Story Code : 973896
Trampın seçkiləri saxtalaşdırmaq istədiyi üzə çıxdı
Yeni üzə çıxan e-poçtdan sonra məlum olub ki, sabiq ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkiləri zamanı seçki məntəqələrində çalışan dövlət işçilərinə qarşı qanunsuz təzyiqlər uyğulayıb. O işçilərdən səslərin hesablanmasını bu proses üçün təyin olunmuş son tarixdən daha öncə bitirmələrini istəyib.

Tramp həmçinin səslərin hesablanmasını saxtalaşdıraraq, öz xeyrinə dəyişdirmək istəyib.

ABŞ Milli Radiosunun məlumatına görə, bu e-poçt, 2020-ci ilin sentyabrında keçmiş vitse-prezidentin ofisinin rəhbəri Ron Jarminə göndərilib. E-poçt Donald Trampın texniki və qeyri-ənənəvi seçki məsələlərinə yüksək səviyyədə müdaxilə etmək istədiyini sübuta yetirir.