QR CodeQR Code

NATO Moskvanın təklifini rədd etdi: "Bunu etməyəcəyik"

17 Jan 2022 11:24

İslamTimes: NATO 1997-ci ildən bloka daxil olan ölkələrdən öz ordusunun çıxarılmasını heç vaxt qəbul etməyib, çünki bu, onları alyansın ikinci dərəcəli üzvlərinə çevirərdi.


Teleqraf.com xəbər verir ki, bunu Kanadanın CBC telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katib əlavə edib ki, 1997-ci ildən NATO-ya daxil olan bütün ölkələr NATO qoşunlarının olmaması ilə razılaşa bilməzlər:

“Bu, mahiyyətcə üzvlərimizin yarısının NATO qoşunları tərəfindən müdafiə oluna bilməyəcəyi anlamına gələcək. O zaman onlar bir növ ikinci dərəcəli NATO üzvləri olacaqlar, biz bunu heç vaxt etməyəcəyik”.

Xatırladaq ki, rəsmi Moskva NATO və ABŞ qarşısında 1997 ildə hərbi alyansa daxil olan ölkələrdən qoşunlarının çıxarılmasını tələb edir.


Story Code: 974009

News Link :
https://www.islamtimes.org/az/news/974009/nato-moskvanın-təklifini-rədd-etdi-bunu-etməyəcəyik

Islam Times
  https://www.islamtimes.org