QR CodeQR Code

"Barselona" ulduz oyunçularını sata bilər

17 Jan 2022 13:38

İslamTimes: Barselona bir neçə futbolçusu ilə vidalaşmaq istəyir


İspaniyanın "Barselona" klubu qış transfer dönəmində bir neçə futbolçusu ilə vidalaşmaq niyyətindədir.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin əsas məqsədi müdafiəçi Samuel Yumtitini icarəyə verməkdir.

Klub oyunçulara ödənilən maaşı azaltmaq üçün 29 yaşlı futbolçunu mövsümün sonunadək başqa komandaya göndərməyi planlaşdırır.

Sözləşmə müddəti 2026-cı ilin yayınadək artırılan müdafiəçinin maaşı azaldığı üçün başqa kluba keçmə ehtimalı artıb.

"Barselona" Serjinyo Dest, Luk de Yonq və Memfis Depay, hətta Osman Dembeleni də sata bilər.


Story Code: 974040

News Link :
https://www.islamtimes.org/az/news/974040/barselona-ulduz-oyunçularını-sata-bilər

Islam Times
  https://www.islamtimes.org