0
Monday 17 January 2022 - 15:29

Dmitri Peskov: "ABŞ-dan yazılı cavab gözləyirik"

Story Code : 974065
Dmitri Peskov: "ABŞ-dan yazılı cavab gözləyirik"
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 17-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya indiki şəraitdə öz təhlükəsizliyini təmin etmək istəyir: “Biz ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın dediklərindən bilirik ki, ABŞ-ın 18 ssenarisi var. Biz də müxtəlif variantları nəzərdən keçiririk”.

D.Peskov bildirib ki, ABŞ-dan bu həftə öz fikirlərini yazılı şəkildə təqdim etmələrini gözləyirlər.