QR CodeQR Code

Dmitri Peskov: "ABŞ-dan yazılı cavab gözləyirik"

17 Jan 2022 15:29

İslamTimes: “Rusiya təhlükəsizlik sahəsində konkret olaraq gələcək müxtəlif fəaliyyət ssenarilərini nəzərdən keçirir, ancaq bu, ABŞ-ın variantlarından azdır”.


“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 17-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya indiki şəraitdə öz təhlükəsizliyini təmin etmək istəyir: “Biz ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın dediklərindən bilirik ki, ABŞ-ın 18 ssenarisi var. Biz də müxtəlif variantları nəzərdən keçiririk”.

D.Peskov bildirib ki, ABŞ-dan bu həftə öz fikirlərini yazılı şəkildə təqdim etmələrini gözləyirlər.


Story Code: 974065

News Link :
https://www.islamtimes.org/az/news/974065/dmitri-peskov-abş-dan-yazılı-cavab-gözləyirik

Islam Times
  https://www.islamtimes.org