0
Monday 17 January 2022 - 16:52

Yəməndən Əbu-Dabiyə sərt xəbərdarlıq!

Story Code : 974089
Yəməndən Əbu-Dabiyə sərt xəbərdarlıq!
"Ənsarullah" Hərəkatının sözçüsü və Sənanın müzakirə qrupunun rəhbəri Məhəmməd Əbdülsalam bu gün Tvitter hesabında Yəmənin Əbu-Dabiyə qarşı əməliyyatı barədə məlumat verib.

Məhəmməd Əbdülsalam yazıb: “Bölgədə ABŞ və İsrailə xidmət etmək üçün canını fəda edən kiçik bir ölkə (ölkəcik) Yəməndən çəkildiyini iddia etdi. Lakin bu yaxınlarda onların iddiasının əksi sübut olundu.”

Əbdülsalam daha sonra xəbərdarlıq edib ki, Əbu-Dabi ya Yəməndəki səmərəsiz fəaliyyətlərindən əl çəkəcək, ya da Allahın qüdrəti ilə elə bir hadisə baş verəcək ki, onların və onlardan başqalarının əlləri kəsiləcək!

KİV bu gün (bazar ertəsi, yanvarın 17-də) BƏƏ-nin Əl-Masfah bölgəsində 3 neft tankerinin partladığını və böyük yanğın baş verdiyini bildirib.