QR CodeQR Code

Sionistlərdən daha bir qandonduran cinayət: Yaşlı fələstinli şəhid oldu

إسلام تايمز , 17 Jan 2022 21:23

İslamTimes: Sionist hərbçilərin Hebron məntəqəsində qoca bir fələstinlini maşınla əzməsindən sonra 75 yaşlı fələstinli şəhid oldu.


Fələstin Səhiyyə Nazirliyi işğalçı İsrail hərbçilərinin vəhşiliyi barədə bildirib: "5 yanvar tarixində Əl-Xəlil şəhərinin cənubundakı "Umm əl-Xeyr" kəndinin girişində işğalçı sionistlər tərəfindən vurularaq, avtomobilin altında əzilən yaşlı fələstinli Süleyman əl-Həzleyn bu gün şəhid olub."

Şahab ​​xəbər agentliyinin verdiyi məlumata görə, Hebron məntəqəsinin cənubunda müdafiə komitələri fəallarından olan Fuad Əl-Amur bildirib ki, Şeyx Süleyman əl-Həzleyn ağır yaralanıb və sionist əsgərlər onu və hadisə zamanı ağır yaraladıqları digər dörd fələstinlini yaralı vəziyyətdə qoyaraq oradan qaçıblar.

Qeyd edək ki, ötən çərşənbə günü Ramallahın şimalında Cəlcəliya kəndində 80 yaşlı fələstinli Əbdül Məcid Əsəd də sionist hərbçilər tərəfindən döyülərək, şəhid edilmişdi.


Story Code: 974132

News Link :
https://www.islamtimes.org/az/news/974132/sionistlərdən-daha-bir-qandonduran-cinayət-yaşlı-fələstinli-şəhid-oldu

Islam Times
  https://www.islamtimes.org