0
Monday 17 January 2022 - 21:23

Sionistlərdən daha bir qandonduran cinayət: Yaşlı fələstinli şəhid oldu

Story Code : 974132
Sionistlərdən daha bir qandonduran cinayət: Yaşlı fələstinli şəhid oldu
Fələstin Səhiyyə Nazirliyi işğalçı İsrail hərbçilərinin vəhşiliyi barədə bildirib: "5 yanvar tarixində Əl-Xəlil şəhərinin cənubundakı "Umm əl-Xeyr" kəndinin girişində işğalçı sionistlər tərəfindən vurularaq, avtomobilin altında əzilən yaşlı fələstinli Süleyman əl-Həzleyn bu gün şəhid olub."

Şahab ​​xəbər agentliyinin verdiyi məlumata görə, Hebron məntəqəsinin cənubunda müdafiə komitələri fəallarından olan Fuad Əl-Amur bildirib ki, Şeyx Süleyman əl-Həzleyn ağır yaralanıb və sionist əsgərlər onu və hadisə zamanı ağır yaraladıqları digər dörd fələstinlini yaralı vəziyyətdə qoyaraq oradan qaçıblar.

Qeyd edək ki, ötən çərşənbə günü Ramallahın şimalında Cəlcəliya kəndində 80 yaşlı fələstinli Əbdül Məcid Əsəd də sionist hərbçilər tərəfindən döyülərək, şəhid edilmişdi.