QR CodeQR Code

“The Best”: Robert Levandovski ilin futbolçu seçilib

18 Jan 2022 00:01

İslamTimes: 2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.


Apasport.az saytının məlumatına görə, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.

O, ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.

İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.

Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.


Story Code: 974172

News Link :
https://www.islamtimes.org/az/news/974172/the-best-robert-levandovski-ilin-futbolçu-seçilib

Islam Times
  https://www.islamtimes.org