0
Tuesday 18 January 2022 - 00:01

“The Best”: Robert Levandovski ilin futbolçu seçilib

Story Code : 974172
“The Best”: Robert Levandovski ilin futbolçu seçilib
Apasport.az saytının məlumatına görə, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.

O, ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.

İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.

Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.