0
Tuesday 18 January 2022 - 02:10

Britaniyanın müdafiə naziri rusiyalı həmkarını Londona səfərə dəvət edib

Story Code : 974175
Britaniyanın müdafiə naziri rusiyalı həmkarını Londona səfərə dəvət edib
APA-nın məlumatına görə, bu barədə nazir parlamentdə çıxış edərkən deyib.

“Mən rusiyalı həmkarım Sergey Şoyqunu yaxın bir neçə həftə ərzində Londona səfərə dəvət etdim. Biz ümumi təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə hazırıq”, - deyə Uolles vurğulayıb.

O bildirib ki, Rusiya-NATO Şurası alyansın Avro-Atlantik təhlükəsizliyin maraqları naminə geniş spektrli məsələlər üzrə Rusiya Federasiyası ilə dialoqa hazır olduğunu göstərib.