QR CodeQR Code

Britaniyanın müdafiə naziri rusiyalı həmkarını Londona səfərə dəvət edib

18 Jan 2022 02:10

İslamTimes: Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqunu Londona səfərə dəvət edib.


APA-nın məlumatına görə, bu barədə nazir parlamentdə çıxış edərkən deyib.

“Mən rusiyalı həmkarım Sergey Şoyqunu yaxın bir neçə həftə ərzində Londona səfərə dəvət etdim. Biz ümumi təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə hazırıq”, - deyə Uolles vurğulayıb.

O bildirib ki, Rusiya-NATO Şurası alyansın Avro-Atlantik təhlükəsizliyin maraqları naminə geniş spektrli məsələlər üzrə Rusiya Federasiyası ilə dialoqa hazır olduğunu göstərib.


Story Code: 974175

News Link :
https://www.islamtimes.org/az/news/974175/britaniyanın-müdafiə-naziri-rusiyalı-həmkarını-londona-səfərə-dəvət-edib

Islam Times
  https://www.islamtimes.org