QR CodeQR Code

Britaniya Ukraynaya tank əleyhinə silahların tədarükünə başlayıb

18 Jan 2022 09:48

İslamTimes: Böyük Britaniya Ukraynanın potensial işğalına qarşı özünümüdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bu ölkəyə tank əleyhinə silahların tədarükünə başlayıb.


APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə bildirib.

“Biz Ukraynaya zirehli maşınlar əleyhinə yüngül müdafiə sistemlərinin tədarükü barədə qərar qəbul etmişik”, - deyə nazir vurğulayıb.

Ben Uolles qeyd edib ki, tədarükün ilk hissəsi artıq Ukraynaya çatdırılıb və britaniyalı kiçik bir heyət bu silah sistemlərindən istifadəyə dair Ukrayna hərbçilərinə qısamüddətli təlim keçəcək.

Nazir Ukraynaya göndərilən silahların sayını və növünü açıqlamayıb, bununla belə qeyd edib ki, müdafiə məqsədi ilə istifadə edilən bu sistemlər strateji silahlar deyil və Rusiya üçün təhdid təşkil etmir.

“Onlar qısa məsafəlidirlər. Əgər tanklar Ukraynaya onun işğal edilməsi üçün sürülərs, bu silahlar müdafiə mexanizminin bir hissəsi olacaq”.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov paylaşdığı tvitində Ben Uollesin bəyanatını alqışladığını bildirib.


Story Code: 974208

News Link :
https://www.islamtimes.org/az/news/974208/britaniya-ukraynaya-tank-əleyhinə-silahların-tədarükünə-başlayıb

Islam Times
  https://www.islamtimes.org