QR CodeQR Code

Rusiya diplomatlarını Ukraynadan çıxarır

18 Jan 2022 11:20

İslamTimes: ABŞ və Ukrayna rəsmiləri iddia edirlər ki, sərhəddəki vəziyyətlə bağlı danışıqlar başlamazdan bir həftə əvvəl Rusiya Kiyevdəki səfirliyini boşaltmağa başlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, yanvarın 5-də Rusiyaya gedən avtobuslara əsasən rusiyalı diplomatların uşaqları və xanımları olan 18 nəfər minib. O bildirib ki, yaxın bir neçə gün ərzində Kiyevdən və Lvovdakı konsulluqdan daha 30-a yaxın adamın getdiyini müşahidə edib. Bununla yanaşı həmin şəxslər arasında diplomatların olması təsdiqlənməyib. Ukraynalı rəsmi qeyd edib ki, Rusiyanın digər iki konsulluğundakı diplomatlara da Ukraynanı tərk etməyə hazırlaşmaq tapşırılıb”, - qəzet bildirib.

Qeyd edək ki, yayılan məlumatla bağlı Rusiyanın rəsmi açıqlaması yoxdur.


Story Code: 974233

News Link :
https://www.islamtimes.org/az/news/974233/rusiya-diplomatlarını-ukraynadan-çıxarır

Islam Times
  https://www.islamtimes.org