QR CodeQR Code

Səudiyyə rejimi Sənada 23 dinc sakini hədəf aldı

إسلام تايمز , 18 Jan 2022 14:31

İslamTimes: Yəmən ordusunun BƏƏ-nin işğalçılıqlarına cavab olaraq, bu ölkəyə cavab zərbələri endirməsindən sonra Səudiyyə koalisiyası növbəti dəfə Yəməndə dinc sakinləri hədəf alıb


Yəmən qüvvələrinin BƏƏ-yə dəfələrlə işğalçılıq siyasətinə son verməklə bağlı xəbərdarlıqlarına baxmayaraq, bu ölkə Yəmən xalqına qarşı cinayətlərindən əl çəkməyib. Elə bu səbəbdən Yəmən qüvvələri ötən gün BƏƏ hava limanına hücum təşkil edib. Bundan sonra Səudiyyə koalisiyası gecə yarısı Yəmənin paytaxtı Sənaya raket zərbələri endirib.

Ötən gecə Səudiyyə-Amerika qırıcılarının Yəmənin paytaxtı Sənada Əl-Ləybi məhəlləsinə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb, onların arasında qadın və uşaqlar da var. Cinayət zamanı 11 nəfər də ağır yaralanıb. Bəzilərinin dağıntılar altında qaldığı bildirilir.

Hücum nəticəsində ən azı beş yaşayış binası tamamilə dağıdılıb, onlarla yaşayış binasına ciddi ziyan dəyib.


Story Code: 974264

News Link :
https://www.islamtimes.org/az/news/974264/səudiyyə-rejimi-sənada-23-dinc-sakini-hədəf-aldı

Islam Times
  https://www.islamtimes.org